UEFA Cud Bellinqemi cəzalandırdı - SƏBƏB

17:08 - 4 İyul 2024

UEFA Cud Bellinqemi cəzalandırdı - SƏBƏB

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Slovakiya millisinə qol vurduqdan sonra nalayiq jestinə görə cəzalandırılacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu beşrəqəmli məbləğdə cərimələnsə də, AVRO-2024-ün 1/4 finalında İsveçrə ilə matçda İngiltərəyə kömək edə biləcək.

Buna səbəb isə ulduz futbolçu qol vurduqdan sonra əlini qasıq nahiyəsinə endirib, orada yelləməsi olub. Bundan sonra futbolçu hörmətsizlikdə ittiham olunub.

Qeyd edək ki, İngiltərə ilə İsveçrə arasında keçiriləcək görüş iyulun 6-da baş tutacaq.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin