Keçmiş model Deniz Akkayanın barəsində həbs qərarı çıxarıldı

16:43 - 4 İyul 2024

Keçmiş model Deniz Akkayanın barəsində həbs qərarı çıxarıldı

Xəbərdarlığa baxmayaraq ifadə verməyə getməyən model və sosial media fenomeni Miray İpekler və şübhəli olan Deniz Akkaya haqqında həbs qərarı çıxarılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, model və sosial media fenomeni Miray İpekler Deniz Akkayanın təhqir edildiyini əsas gətirərək İstanbul Anadolu Respublika Baş Prokurorluğuna müraciət edərək barəsində şikayət edib.

Akkaya ifadə verməyə getmədiyi üçün İstanbul Anadolu Sülh Cəza Məhkəməsi keçmiş modelin ifadəsini alması üçün həbs qərarı çıxarıb.

İpekler şikayətində Akkayanın Selin Ciğerci ilə çəkdirdiyi fotodan sonra onu təhqir etdiyini bildirib. O, Akkayanın ev ünvanını sosial şəbəkədə yaydığını və televiziya proqramında onun ünvanına təhdid xarakterli paylaşımlar etdiyini də bildirib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin