"Fənərbaxça"ya rədd cavabı VERİLDİ

15:48 - 4 İyul 2024

“Fənərbaxça” ilə adı hallanan “Bavariya”nın futbolçusu Kingsley Koman Türkiyə klubunun təklifini rədd edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu Avropanın aparıcı klublarında futbol oynamaq istəyir. 

Hero Ball: Bayern Munich's Kingsley Coman is looking to come up big against  PSG once again - Bavarian Football Works

Kingsley Koman “Barselona” və ya PSJ-yə transfer olacaq. 

Futbolçuya "Fənərbaxça” maraq göstərsə də, Komanın seçimi fərqli olduğu üçün bu transfer çox da mümkün görünmür. Komanın ilk seçiminin “Barselona” olacağı vurğulanıb.

Qeyd edək ki, “Fənərbaxça” nümayəndələrinin Kingsley Komanla görüşdüyü barədə xəbərlər dərc edilmişdi.

 

Fidan Ceyhunqızı

Manşet.az


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin