“Evdə atamla ikimiz idik, birdən ağlıma gəldi ki..."- Əhmədin ŞOK AÇIQLAMASI

15:31 - 4 İyul 2024

“Evdə atamla ikimiz idik, birdən ağlıma gəldi ki...

“Evdə atamla ikimiz idik. Birdən ağlıma gəldi ki, onu öldürüm"


Manset.az xəbər verir ki, bu sözləri ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədov məhkəmə prosesində deyib.

Əhməd Əhmədovun istintaqa açıqlaması:

“Evdə atamla ikimiz idik. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə zərbə vurdum. Öldükdən sonra onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Maşına əyləşib birbaş Suraxanıda yaşayan bacım Elmiranın evinə getdim. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm. Bacımın azyaşlı uşağını da öldürmək fikrində idim. Hadisəni törətdikdən sonra bıçaqları meyitlərin yanına atıb öz evimizə qayıtdım. Ürəyim siqaret istədi deyə, mağazaya getdim. Amma satıcı əlim qan olduğu üçün vermədi".

İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi davam edib.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin