ABŞ Suriyanı talan edir - Çin

15:30 - 4 İyul 2024

ABŞ Suriyanı talan edir - Çin

"ABŞ əsgərlərinin Suriyada qaçaqmalçılıq yolu ilə taxıl apardığına dair sübutlarımız var".

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

ABŞ Suriyanı talan edir - Çin

Onun sözlərinə görə, ABŞ özünü demokratiyanın, azadlığın və rifahın keşikçisi kimi təqdim etsə də, başqa ölkələrdə insanların yaşamaq və dolanmaq hüququna əhəmiyyət vermir:

"ABŞ Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmir. ABŞ Suriyadakı qanunsuz hərbi işğalını dərhal dayandırmalı və ölkənin resurslarını talan etməməlidir. Suriya xalqına dəyən zərərin ödənilməsi üçün konkret addımlar atmalıdır".

 

Fidan Ceyhunqızı

Manşet.az


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin