Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

15:06 - 4 İyul 2024

Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

Türkiyənin Berlindəki səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.


Manset.az xəbər verir ki, bu barədə məlumatı “Der Spiegel” jurnalı yayıb. 

Bildirilir ki, buna səbəb AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında türkiyəli futbolçu Merih Demiralın “bozqurd” işarəsi göstərməsi olub. 

Məlumata görə, səfir sözügedən məsələnin müzakirə edilməsi üçün nazirliyə çağırılıb.

Xatırladaq ki, UEFA Merih Demiralı həmin qol sevincinə görə cəzalandıra bilər. Belə ki, M.Demiral qol sevincini “bozqurd” işarəsi ilə qeyd etdiyinə görə qitə futbol qurumunun Nizam-İntizam Komitəsi araşdırmalara başlayıb.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin