Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
12:08 - 4 İyul 2024
Azərbaycanda 2024-ci ilin sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Prosesə hazırlıq dövründə mətbuatda və sosial şəbəkələrə namizədlərin gündən-günə artdığını müşahidə edirik. Hətta aparılan müzakirələrdə tanınmış şəxslərin parlament seçkilərinə qatılacağı haqqında iddialara, ayrı-ayrı insanların deputat olmasını istəyən şəxslərin fikirlərinə də rast gəlirik. Ən çox adıçəkilən tanınmışlar sırasında Manaf Ağayev də var.
Manset.az İnterpress.az-a istinadən xəbər verir ki, müğənni Manaf Ağayev bütün əlaqələrini işə salaraq deputat olmaq üçün hərəkətə keçdiyi iddia edilir. Məlumata görə, müğənni seçkilərlə bağlı prosesə həmyerlisi olan bir çox sənət dostlarını da cəlb edib.
Mənbənin məlumatına görə, Manaf Ağayev 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağını deyir. Hal-hazırda həmin dairənin deputatı tanınmış iqtisadçı Vüqar Bayramovdur.
Qeyd edək ki, Manaf Ağayev 24 aprel 1964-cü ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Orta təhsilini Füzuli rayonunda alıb.
1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin “Mədəni-Maarif” fakültəsinə daxil olub.
2009-cu ildə “Toylar Kralı” yarışmasının qalibi olub.
Manaf Ağayev 18 fevral 2022-ci ildə Füzuli rayonuna müvafiq icazələr olmadan qanunsuz daxil olduğuna görə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb. Evlidir, 3 övladı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin