Kürdəmirdə “Prius” aşdı - Pakistan vətəndaşı öldü

12:15 - 4 İyul 2024

Kürdəmirdə “Prius” aşdı - Pakistan vətəndaşı öldü

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.


Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb. Qəza zamanı Pakistan vətəndaşı hadisə yerindəcə dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin