Bakıda bu avtobusların hərəkət istiqamətləri dəyişdirildi
5 Oktyabr 2024
12:15 - 4 İyul 2024
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.
Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
“Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb. Qəza zamanı Pakistan vətəndaşı hadisə yerindəcə dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin