Məşhur repçi konsertdən sonra görün necə görüntüləndi

11:59 - 4 İyul 2024

Məşhur repçi konsertdən sonra görün necə görüntüləndi

Məşhur repçi Rik Ross Kanadanın Vankuver şəhərində konsert verdikdən sonra döyülüb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Rossun son vaxtlar repçi Dreyklə münaqişəsi səbəbindən baş verib. Bundan əlavə, Rik Rossun konserti zamanı Kendrik Lamarın Dreyki tənqid etdiyi "Not Like Us" mahnısı səsləndirilməsi də onların xoşuna gəlməyib.

Dreykə ünvanlanan təhqirlərdən qəzəblənən kanadalılar Rossa yaxınlaşıblar. Qəzəbli azarkeşlərdən biri Rossu yumruqla vurub və münaqişə əlbəyaxa döyüşə çevrilib. Reperin mühafizəçilərindən biri bir neçə nəfərin hücumuna məruz qalıb və sənətçini müşayiət edən komanda üzvlərindən biri huşunu itirib.

2024-cü ilin əvvəlində Rik Ross və Dreyk bir-birinə qarşı hücumlar mübadiləsi aparmağa başladılar.

Xüsusən də, Ross rəqibini "şirin Dreyk" adlandırıb, burnuna əməliyyat etdirdiyini və qaradərili olmadığını bildirib.

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin