Rusiyanın bu ölkədəki səfiri öldü

11:49 - 4 İyul 2024

Rusiyanın bu ölkədəki səfiri öldü

Rusiyanın Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Valeryan Şuvayev qəflətən dünyasını dəyişib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölümün səbəbi açıqlanmayıb.

Qeyd edilir ki, Şuvayev 16 mart 1955-ci ildə Barnaulda anadan olub. SSRİ və Rusiyanın xaricdəki səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, Rusiyanın Liviya, İraq, Mərakeş və Əlcəzairdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edib.

Rusiya səfiri Əlcəzairdə vəfat edib - Oxu.az

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin