Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA

11:47 - 4 İyul 2024

Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA

Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun sayının artırılacağı barədə bəzi sosial şəbəkələrdə məlumatlar yayılıb.


Manset.az Trend.az-a istinadən xəbər verir ki,  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutu üzrə gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçirilir.

"Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılır. Hazırda bu istiqamətdə sərnişin sıxlığı müşahidə edilmir. Sərnişinlər biletləri onlayn qaydada "biletim.az" portalından və avtovağzalların kassalarından əldə edə bilirlər", - deyə qurumdan məlumat verilib.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin