Seçkiöncəsi küçədə döyüldü

10:45 - 4 İyul 2024

Seçkiöncəsi küçədə döyüldü

Bir qrup naməlum şəxs O-de-Sen departamentində Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Tevenoya hücum edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı o və partiyadaşları parlament seçkisinin ikinci turuna həsr olunmuş "Renessans" plakatları asıblar.

Bu barədə Baş nazir Qabriel Attal sosial şəbəkələrdə yazıb.

"Bu axşam namizəd Priska Teveno və onun təşviqat komandasının üzvləri Medonda təşviqat posterləri asarkən dörd nəfərin hücumuna məruz qalıblar", - deyə paylaşımda qeyd olunub.

"Parisien" qəzetinin məlumatına görə, rəsmi nümayəndəni müşayiət edən deputat Virjini Lanlo və daha bir fəal skuterlə döyülüblər.

Onlar xəstəxanaya yerləşdiriliblər. Hücum edən şəxslər polis tərəfindən saxlanılıblar, onların əməllərinin səbəbləri aydınlaşdırılır.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin