Xırdalanda kişi arvadını bıçaqladı

09:43 - 4 İyul 2024

Xırdalanda kişi arvadını bıçaqladı

Abşeronda ailə məişət zəmnində dava zamanı qadın ağır xəsarətlər alıb.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, hadisə Abşeron rayonu Xırdalan şəhərində baş verib.

Belə ki, 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızına qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət İşi başlanlıb, araşdırmalar aparılır.


Xəbər xətti

7 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin