Ölkəmizlə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir - İlham Əliyev

23:38 - 3 İyul 2024

Ölkəmizlə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir - İlham Əliyev

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq”.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin