Sabah bu rayonlarda qaz kəsiləcək - XƏBƏRDARLIQ

22:28 - 3 İyul 2024

Sabah bu rayonlarda qaz kəsiləcək - XƏBƏRDARLIQ

Sabah saat 10:00-dan etibarən paytaxtın Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərinin kipliyə sınaq olunması, Nəsimi rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin saat 09:30-dan Xətai rayonunda qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bu barədə Manset.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Qaradağ, Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbər xətti

6 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin