Türkiyə 11 terrorçunu zərərsizləşdirdi

20:09 - 3 İyul 2024

Türkiyə 11 terrorçunu zərərsizləşdirdi

Türkiyə İraqın şimalında Hakurk bölgəsində 6 PKK terrorçusunu və "Barış Pınarı" bölgəsinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunun zərərsizləşdirib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı PKK/YPG terrorçularına qarşı əməliyyatları fasiləsiz şəkildə davam edir.

"Bölgədə tək bir terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək", - paylaşımda deyilir.


Xəbər xətti

6 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin