Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
16 Noyabr 2024
18:24 - 27 Oktyabr 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 406 ictimai iaşə obyektində 726 monitorinq keçirib.
AQTA-dan Manşet.az-a verilən məlumata görə, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq, Ə.Nəzərov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Sənan Xaliq oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xətai rayonu, Babək pr. 56 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mala Praga” restoranı;
3. Bakı şəhəri, Nizami rayonu, Qarayev pr. 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Biz-bizə” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin