AVRO-2024: 1/4 final mərhələsinin hakimləri bəlli oldu

18:38 - 3 İyul 2024

AVRO-2024: 1/4 final mərhələsinin hakimləri bəlli oldu

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya və Almaniya arasında keçiriləcək oyunu ingiltərəli referi Entoni Teylor idarə edəcək.

Portuqaliya və Fransa arasında reallaşacaq növbəti dueldə də ingilis hakim iş başında olacaq. Maykl Oliver sözügedən matçda ədaləti qoruyacaq.

Qeyd edək ki, hər iki qarşılaşma iyulun 5-də baş tutacaq.

 

Fidan Əliyeva

Manset.az


Xəbər xətti

6 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin