Zelenski Trampa çağırış etdi - "Sülh planını açıqla!"

18:28 - 3 İyul 2024

Zelenski Trampa çağırış etdi -

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş dövlət başçısı Donald Trampa çağırış edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Trampdan sülh planını ictimaiyyətə açıqlamasını istəyib.

Ukrayna lideri ABŞ-ın keçmiş prezidentinin təkliflərini şəxsən dinləmək üçün onunla görüşməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, “Politico” nəşrinin məlumatına görə, prezidentliyə namizəd D.Tramp NATO-nun daha şərqə doğru genişlənməyəcəyini nəzərdə tutan sazişi nəzərdən keçirir. Həmçinin Rusiya prezidenti Vladimir Putinlə “Moskvanın Ukrayna ərazisinin nə qədərini saxlaya biləcəyi” barədə danışıqlar aparır.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə əsas namizədlər Trampla hazırkı prezident Co Baydenin olacağı gözlənilir. Son sorğulara görə, Tramp Baydeni üstələyir.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

6 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin