Azərbaycanla Gürcüstan kibertəhlükəsizlik sahəsində memorandum imzaladı - FOTO

18:06 - 3 İyul 2024

Azərbaycanla Gürcüstan kibertəhlükəsizlik sahəsində memorandum imzaladı - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib.

 

Manset.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Səfər çərçivəsində ETX və Gürcüstanın Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə Agentliyi arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.

Qeyd edək ki, ETX Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına uyğun olaraq digər ölkələrin CERT-ləri və oxşar qurumları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini davam etdirir.



Xəbər xətti

6 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin