Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı

17:32 - 3 İyul 2024

Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.


Manset.az Qafqazino-ya istinadən xəbər verir ki, prokuror cinayət işi üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş eyni qətimkan tədbirinin uzadılmasını istəyib.

Media ekspertinin vəkili Aqil Layıc təqdimata etiraz edib, müvəkkilinin sərbəst buraxılmasını xahiş edib.

Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsaslı hesab edib.

Qərara əsasən, Ə.Məmmədlinin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Birazdan III Respublika Platformasının üzvü Ruslan İzzətlinin də həbs müddətinin  uzadılması ilə bağlı təqdimata baxılacaq.

Qeyd edək ki, Ə.Məmmədli və R.İzzətli qaçaqmalçılıqda ittiham olunurlar.


Xəbər xətti

6 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin