Siyavuş Novruzov namizədliklə bağlı xəbəri təkzib etdi

14:25 - 3 İyul 2024

Siyavuş Novruzov namizədliklə bağlı xəbəri təkzib etdi

VI çağırış Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəkləri barədə məlumat yayılıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, Siyavuş Novruzov açıqlamasında xəbəri təkzib edib:

“Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.

 


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin