Yaponiyada 20 ildən sonra ilk dəfə yeni əskinaslar dövriyyəyə buraxıldı

13:09 - 3 İyul 2024

Yaponiyada 20 ildən sonra ilk dəfə yeni əskinaslar dövriyyəyə buraxıldı

Yaponiya 2004-cü ildən sonra ilk dəfə yen əskinaslarını dövriyyəyə buraxdı.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya bankının Tokionun Nihonbaşı rayonundakı baş qərargahında yeni yapon yeni əskinasları təqdim edilib .
Təqdimat mərasimində yeni 1000, 5 min və 10 min Yapon yeni əskinasları nümayiş etdirilib.

Nağd pulun Yaponiyanın gələcəyində etibarlı ödəniş üsulu kimi rol oynayacağını qeyd edən maliyyə rəhbərləri, yeni əskinasların iqtisadiyyatda "qarşılıqlı əlaqəni gücləndirəcəyini" qeyd edib.
 

2004-cü ildən sonra ilk dəfə dövriyyəyə buraxılan Yen əskinaslarında daha asan oxunması üçün yerli dildə "kanci" simvolu olan rəqəmlər daha böyük şriftlə çap edilib.

Hökumətin Milli Çap Bürosu (NPB) Yapon yeni əskinaslarında ilk dəfə olaraq 3D holoqram texnologiyasından istifadə edildiyini açıqlayıb.

"Saxtakarlığın qarşısını almaq" üçün istifadə edilən 3D holoqram texnologiyası sayəsində yaradılan yeni dizaynla təhlükəsizliyin və istifadəyə yararlılığın artırılması hədəflənir.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin