Tramp Putinlə danışıqlar aparır

13:00 - 3 İyul 2024

Tramp Putinlə danışıqlar aparır

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Respublikaçılar Partiyasının namizədi Ukrayna ilə bağlı əvvəllər açıqlanmayan plan çərçivəsində, NATO-nun şərqə - xüsusilə Ukrayna və Gürcüstana doğru genişlənməməsi öhdəliyini nəzərdə tutan bir sövdələşmə barədə düşünür və Rusiya Prezidenti Vladimir Putinlə Moskvanın Ukrayna ərazisinin hansı hissəsini özündə saxlaya biləcəyi barədə danışıqlar aparır", - deyə ABŞ mətbuatı məlumat verib.

Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı prezident olacağı təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində bitirə biləcəyini iddia edib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin