Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradacaq

12:43 - 3 İyul 2024

Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradacaq

Astanada Çin-Qazaxıstan-Rusiya marşrutu üzrə “vahid rəqəmsal dəhliz”in yaradılmasına dair üçtərəfli saziş imzalanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Rifah Fondu olan “Samruk-Kazına” məlumat yayıb.

Məlumata görə, sənəd “Slavtrans-Servis”, “Xi'an Free Trade Port Construction and Operation Co.” və “KTZ Express” şirkəti arasında imzalanıb.

Sazişin imzalanması Qazaxıstan-Çin İşgüzar Şurasının iclası çərçivəsində Astanada baş tutub. Ümumilikdə, tədbir nəticəsində 3,7 milyard dollardan artıq dəyəri olan 40-dan çox sənəd imzalanıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin