Venesuelanın vitse-prezidenti ağac aşması nəticəsində yaralandı

12:31 - 3 İyul 2024

Venesuelanın vitse-prezidenti ağac aşması nəticəsində yaralandı

Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges “Beril” qasırğasından zərər çəkmiş əhaliyə yardım edərkən Sukre ştatında ağac aşması nəticəsində ağır xəsarət alıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalının canlı efirində bildirib.

Maduro deyib ki, Rodriges “şüurdadır, güclüdür və tezliklə sağalacaq”.

Kumanakoada “Beril” qasırğasının yol açdığı daşqın iki nəfərin ölümünə və beş nəfərin itkin düşməsinə səbəb olub.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin