Prezident Ağdam Muğam Mərkəzində - Fotolar
19 Fevral 2025
12:24 - 3 İyul 2024
Dünya Bankı quraqlığın təsirləri ilə mübarizə üçün Zambiyaya 208 milyon dollar qrant ayırmağı təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Maliyyə Nazirliyi məlumat yayıb.
“Ayrılan vəsait həmçinin növbəti 12 ay ərzində quraqlıqdan zərər çəkmiş 84 ərazidə 1,6 milyon ailənin saxlanması üçün istifadə olunacaq”, – qurum bildirib.
Ötən ay Zambiya hökumətinin tələbi ilə Beynəlxalq Valyuta Fondu ölkənin kredit xəttini 1,3 milyard dollardan 1,7 milyard dollara yüksəldib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin