Bəzi müəssisələr dəyişkən iş qrafikinə keçəcək
30 Yanvar 2025
12:00 - 3 İyul 2024
Ukrayna rəsmiləri Macarıstanın Baş naziri Viktor Orbanın atəşkəs təklifini nəzərə alıblar, lakin hesab edirlər ki, nizamlanmanın digər aspektləri nəzərə alınmadan bu, mümkün deyil.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva məlumat verib.
“Ukrayna Prezidenti Volodimir Zelenski həmsöhbətini dinlədi, lakin cavab olaraq öz mövqeyini bildirdi. Ukraynanın mövqeyi kifayət qədər aydın, anlaşılan və hamıya məlumdur. Fakt odur ki, bu cür prosesləri ayrı-ayrılıqda nəzərdən keçirmək olmaz”, - Jovkva bildirib.
Qeyd edək ki, iyulun 2-də Macarıstanın Baş naziri Viktor Orban bu gün Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin