Xırdalan sakinləri üçün ŞAD XƏBƏR
30 Yanvar 2025
10:09 - 3 İyul 2024
Hindistanın Uttar-Pradeş ştatının mərkəzi əyalətinin Hathras şəhərində dini ayin zamanı yaranan izdihamda azı 121 nəfər ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölən 121 nəfərin əksəriyyəti qadınlardır. İlkin məlumatlara görə, tədbir zamanı dini təbliğatçı xüsusi qurulmuş çadırda öz ardıcıllarına müraciət edib. Məkana çoxlu adam toplaşıb, havasızlıq yaranıb və insanlar tələsik çadırı tərk etməyə başlayıblar. Bu arada insanlar bir-birini tapdalayıblar.
Hadisə yerinə təcili tibbi yardım maşınları və polis gəlib. Qurbanların sayının artacağı istisna edilmir.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin