Bəzi müəssisələr dəyişkən iş qrafikinə keçəcək
30 Yanvar 2025
09:52 - 3 İyul 2024
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) AVRO-2024-ün qrup mərhələsinin oyunu zamanı Dortmunddakı stadionda azarkeşlər arasında baş verən dava səbəbindən Gürcüstan və Türkiyə futbol federasiyalarına cərimə tətbiq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan Federasiyasına 30 min avro (54,8 min manat), Türkiyə Federasiyasına isə 25 min avro (45,6 min manat) cərimə kəsilib.
Bundan əlavə, azarkeşlərin pirotexnikadan istifadəsinə görə Gürcüstan Federasiyası 6 250 avro (11,4 min manat), Türkiyə Federasiyası isə 9 750 avro (17,8 min manat) cərimələnib.
Gürcüstan Federasiyası Portuqaliya komandası ilə oyunun nəticələri (2:0) ilə əlaqədar azarkeşlərin meydana qaçması və pirotexnikadan istifadəyə görə də 9,75 min avro (17,8 min manat) cərimələnib.
Xatırladaq ki, Gürcüstan yığması ilk dəfə Avropa çempionatında iştirak edib. Komanda qrup mərhələsində üçüncü yeri tutub və 1/8 finala çıxıb, burada 1:4 hesabı ilə İspaniya millisinə məğlub olub.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin