Rusiya ordusu Ukraynanı "İskəndər" raketləri ilə vurdu - VİDEO

09:41 - 3 İyul 2024

Rusiya ordusu Ukraynanı

Rusiya ordusu Ukrayna Hərbi Hava Qüvvələrinin bir gündə doqquz təyyarəsini vurub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz hesabatında bildirib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri "İskəndər-M" operativ taktiki raketlərlə Poltava vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus aerodroma zərbələr endiriblər.

Rusiya Müdafiə Nazirliyi hücumun görüntülərini nümayiş etdirib.

Qeyd edək ki, Rusiya hərbi qurumu səhər saatlarında "İskəndər"lərin Mirqorod aerodromunda "Su-27" təyyarələrini məhv etdiyi barədə xəbər yaymışdı.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin