TƏBİB-dən dişi çəkiləndən sonra ölən uşaqla bağlı AÇIQLAMA

22:49 - 2 İyul 2024

TƏBİB-dən dişi çəkiləndən sonra ölən uşaqla bağlı AÇIQLAMA

Dünən Nərimanov rayonunda yerləşən 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasına dişi çəkilən 2019-cu il təvəllüdlü Vəkilli Mirbəhram Mirqulam oğlunun halı pisləşib və o, həmin gün vəfat edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, TƏBİB müvafiq müayinələrdən sonra ona tibbi xidmət göstərildiyini, uşaqda yuxarı azı dişinin periodontiti diaqnozu ilə dişin əməliyyatının həyata keçirildiyini bildirib.

Məlumata görə, azyaşlı dişin ekstraksiyası sonrası anafilaktik şok keçirib:

“Ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb.

Lakin uşağın valideyni təcili tibbi yardım briqadasının gəlməsini gözləmədən uşağı yaxınlıqdakı bir neçə özəl klinikaya aparıb. 

Qeyd edək ki, təcili tibbi yardım briqadası protokol üzrə çağırışdan 15 dəqiqə sonra tibb müəssisəsində olub.

Bir neçə özəl tibb müəssisəsi uşağı qəbul etməkdən imtina etdiyi üçün valideynləri onu Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə gətirib.  Aparılmış reanimasiyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb”.

Ailənin bildirdiyinə görə, azyaşlıda ürək qüsuru və autizm sindiromlu olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin