Ərdoğan Putinlə görüşəcək

22:38 - 2 İyul 2024

Ərdoğan Putinlə görüşəcək

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanın paytaxtı Astanada görüşəcəklərini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uşakov Rusiya prezidentinin iyulun 3-də Türkiyə, Azərbaycan və Çin, eləcə də Qazaxıstan, Pakistan və Monqolustan liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyini bildirib.

O, Putinin Ərdoğanla görüşü ilə bağlı bunları deyib:

“Türkiyəyə səfər çoxdan planlaşdırılırdı. Düşünürəm ki, iki lider bu məsələni müzakirə edəcək. Üstəlik, Türkiyənin mövqeyini nəzərə alsaq, liderlərin, xüsusən də regionda çox mühüm rol oynayanların fikir mübadiləsi aparacağı çoxlu məsələlər var. Biz Türkiyə tərəfi ilə daim dialoqdayıq, telefonla daimi təmaslarımız var. Bu günlərdə Putin Türkiyənin xarici işlər nazirini qəbul edib. İclasda bütün vacib və həssas məsələlər müzakirə olunacaq”.


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin