Niderland ¼ finalda - AVRO-2024

22:33 - 2 İyul 2024

Niderland ¼ finalda - AVRO-2024

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Rumıniya və Niderland milli komandaları üz-üzə gəlib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Niderland millisi rəqibini məğlub edib – 0:3.

Oyunda hesabı 20-ci dəqiqədə Kodi Hakpo açıb.

Matçın ikinci qolunu 83-cü dəqiqədə Daniell Malen vurub.

90+3-cü dəqiqədə Daniell Malen ikinci dəfə fərqlənərək qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Bununla da Niderland milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin