Fransada 200-dən çox namizəd seçkilərdə iştirakdan imtina etdi

22:26 - 2 İyul 2024

Fransada 200-dən çox namizəd seçkilərdə iştirakdan imtina etdi

Le Penin qalib gəlməsinə mane olmaq istəyən mərkəz və sol partiyalardan olan 200-dən çox namizəd Fransada iyulun 7-də keçiriləcək seçkilərdə iştirakdan imtina etmək qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa mətbuatı mərkəz və sol partiyaların 577 mandata sahib Fransa parlamentində çoxluq sayılan Le Penin 289 yer tutmasının qarşısını almaq üçün bu qərarı qəbul etdiyini açıqlayıb.

Bundan əlavə, geri çəkilən namizədlərin birinci turda səslərin 12,5 faizini toplayan və ya ondan çox səs toplayan namizədlər olduğu bildirilib. Seçki qaydalarına əsasən, ikinci turda mübarizə aparmaq üçün namizədlər ən azı 12,5 faiz səs toplamalıdır.


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin