İnfarkt və insult riskini azaldır: Gündə 2 stəkan içmək kifayətdir

21:21 - 2 İyul 2024

İnfarkt və insult riskini azaldır: Gündə 2 stəkan içmək kifayətdir

Albalı şirəsi bir çox ölümcül tibbi problemlərə səbəb olan xolesterini aşağı salmaqla ürək-damar sisteminin sağlamlığının qorunmasında mükəmməl vasitədir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, gündə iki stəkan albalı şirəsi içmək infarkt və insult riskini xeyli azalda bilər.

Albalı şirəsi polifenollar kimi sağlam bitki birləşmələri ilə zəngindir. Bu birləşmələr ürək-damar sağlamlığı üçün qoruyucu xüsusiyyətlər göstərir. Delaver Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, şirə iltihabı, oksidləşdirici stressi və pis xolesterin kimi tanınan LDL-ni 11% azaldır.

Həmçinin yuxu keyfiyyətini yaxşılaşdırmaq potensialına malikdir. Onun müntəzəm istifadəsi ümumi sağlamlığı yaxşılaşdırsa da, ən çox ürək-damar sağlamlığı üçün xüsusilə tövsiyə olunur.


Xəbər xətti

5 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin