İdmançılarımızın iyul ayı üçün reytinq cədvəli bəlli oldu

20:15 - 2 İyul 2024

İdmançılarımızın iyul ayı üçün reytinq cədvəli bəlli oldu

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin iyul ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

 

Manset.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) birinci pillədə qərarlaşıb.

Cüdoçu Hidayət Heydərov (450) ikinci, idman gimnastı Nikita Simonov (430) isə üçüncü sıraya yüksəlib.

Bədii gimnast Zöhrə Ağamirova (340), cüdoçular Zelim Kotsoyev (330), Rəşid Məmmədəliyev (295), Yaşar Nəcəfov (290), Balabəy Ağayev (290), Elcan Hacıyev (290) növbəti sıralarda yer alıblar.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin