Ağalı kənd məktəbinin direktoru vəzifəsindən azad edildi - FOTO

19:15 - 2 İyul 2024

Ağalı kənd məktəbinin direktoru vəzifəsindən azad edildi - FOTO

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.


Manset.az Report.az-a istinadən xəbər verir ki, o, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı "Report"a təsdiqləyiblər.

Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib ki, Nərmin Həsənova işlədiyi müddətdə vəzifə funksiyalarının icrasına hər zaman məsuliyyətlə yanaşıb və öhdəliklərini layiqincə yerinə yetirib.

Nərminə Həsənova yaydığı açıqlamasında bildirib: "Böyük Qayıdışın ilk məktəbi – Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru olmaq, həqiqətən, qürurverici hissdir. Doğma torpaqlarda müəllimlərimiz, şagird və valideynlərimizlə əl-ələ verib təhsilimiz üçün var gücümüzlə çalışdıq. Təəssüf ki, səhhətimdə yaranmış problemlərlə bağlı məktəb direktoru vəzifəsindən ayrılmalı oldum. Ancaq doğma Ağalıda tarix müəllimi kimi fəaliyyətimi davam etdirəcəyəm. Yeni təyin olunacaq direktorumuza da fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, kollektivimizlə birgə böyük uğurlara imza atacağıq".



Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin