Paytaxtın bu küçəsi təmir olunur - Sürücülərin nəzərinə

18:49 - 2 İyul 2024

Paytaxtın bu küçəsi təmir olunur - Sürücülərin nəzərinə

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı  küçəsindən Mətbuat prospektinədək)  aparılır. 

 

Manset.az xəbər verir ki, bu barədə AAYDA-dan bildirilib.

Uzunluğu 810 metr təşkil edən sözügedən hissə üzrə hazırda frezlənmə işləri yerinə yetirilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.



Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin