Putin Prezident İlham Əliyevlə danışıqlar aparacaq

18:37 - 2 İyul 2024

Putin Prezident İlham Əliyevlə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Vladimir Putinin sammit çərçivəsində Türkiyə, Monqolustan, Çin, Pakistan və Qazaxıstan lideri ilə görüşləri nəzərdə tutulub.

Uşakov əlavə edib ki, Vladimir Putin İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber ilə də danışıqlar aparacaq.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin