Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
7 İyul 2024
17:45 - 2 İyul 2024
İstborn şəhərində (Böyük Britaniya) Liberal Demokratlar Partiyasının rəhbəri Ed Deyvi seçki kampaniyası çərçivəsində rezin kəndirlə tullanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı siyasətçi qaldırıcı kranın platformasından təxminən 50 metr hündürlükdən özünü aşağı ataraq - "Liberal Demokratlara səs verin", - deyə qışqırıb.
"Bir çox insan cümə axşamı günü səs verməyə hazırlaşarkən əvvəllər heç etmədikləri bir işi etmək ərəfəsindədirlər. Ona görə də mən də bunu etmək qərarına gəldim", - deyə Deyvi hündürlükdən atlamasını izah edib.
Qeyd edək ki, Britaniyada parlament seçkisi iyulun 4-də keçiriləcək.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin