"Google Chrome" "Android"də yeni funksiya tətbiq edəcək

17:39 - 2 İyul 2024

"Google Chrome" brauzerinin "Android" versiyası üçün yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, tərtibatçılar mətnin səsli oxunmasını təmin edən "Səhifəni dinlə" bölməsini təkmilləşdirməyi planlaşdırırlar.

Hazırda oxumağa davam etmək üçün brauzer aktiv qalmalıdır, əks halda oxunma dayandırılacaq. Yaxın gələcəkdə "Google", proqram fon rejimdə olsa belə, səsin səhifədə davam etdirilməsinə imkan verəcək oxutma funksiyasını təqdim etmək niyyətindədir.

Tətbiqin buraxılış versiyasında bu seçimin nə vaxt təqdim ediləcəyi məlum deyil. Onun 13 avqust 2024-cü il tarixinə planlaşdırılan "Made by Google" təqdimatından sonra şirkətin buraxacağı yeniləmə paketinin bir hissəsi olacağı təxmin edilir.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin