Abid Şərifovun işdən çıxarılan kürəkəninin vəzifəsi kimə həvalə edildi?

17:26 - 2 İyul 2024

Abid Şərifovun işdən çıxarılan kürəkəninin vəzifəsi kimə həvalə edildi?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib.


Manset.az Qaynarinfo -ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.

Qeyd edək ki, Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.

Xatırladaq ki, 6 saylı cəzaçəkmə müəssisəsinin təqaüdə göndərilən sabiq rəisi Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin