Məşhur rejissorlar bu səbəblə saxlanıldı

17:10 - 2 İyul 2024

Məşhur rejissorlar bu səbəblə saxlanıldı

Fransa kinorejissorları Benua Jako və Jak Duayon cinsi təcavüzə görə saxlanılıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 77 yaşlı Jako və 80 yaşlı Duayon Parisdə yetkinlik yaşına çatmayanların müdafiəsi məsələsinə görə polis bölməsinə çağırılaraq nəzarətə götürülüblər.

Aktrisa Judit Qodreşin şikayətindən sonra rejissorlara barəsində araşdırma başladılıb.

Fevral ayında 51 yaşlı aktrisa Qodreş 15 yaşında olarkən bədii filmin çəkilişləri zamanı kinorejissorların ona qarşı cinsi və fiziki zorakılıq etdiklərini bildirib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin