17 yaşlı badmintonçu yarış zamanı dünyasını dəyişdi

16:50 - 2 İyul 2024

17 yaşlı badmintonçu yarış zamanı dünyasını dəyişdi

Çinli badmintonçu Çjan Çjitsze yaponiyalı Kazuma Kavano ilə matç zamanı dünyasını dəyişib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, faciəvi hadisə İndoneziyada yeniyetmələr arasında təşkil olunan turnirdə baş verib.

Millinin 17 yaşlı üzvü Çjan Çjitsze yaponiyalı Kazuma Kavano ilə matçda kortda huşsuz vəziyyətdə yerə yıxılıb.

Həkim briqadası idmançıya ilkin tibbi yardım göstərərək, onu təcili yardım maşını ilə xəstəxanaya göndərib. 

Lakin yeniyetmə badmintonçunun həyatını xilas etmək mümkün olmayıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin