Damla Ərdəbildə hicabsız konsert verdi, salon möhürləndi - VİDEO

16:43 - 2 İyul 2024

Damla Ərdəbildə hicabsız konsert verdi, salon möhürləndi - VİDEO

Azərbaycan Respublikasında tanınan müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, məlumatı “ir.voanews.com” yayıb.

Bildirilib ki, prokurorluq bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla” əlaqələndirib.

Yayılan video-görüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub. Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Məlumata görə, səfərdən əvvəl İran tele-radio şirkətinin Gənc jurnalistlər klubu, bir sıra dövlət KİV-i bu tədbir barədə xoş sözlər yazmışdı.

Ərdəbil əyalətinin prokuroru, salonun möhürlənməsi və Damlanın konsert proqramının müsadirə edilməsi haqqında əmr verən Cəlal Əfaki bildirib ki, istənilən xarici ölkə vətəndaşı dəyər və qanunlara hörmət etməlidir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşı etibar və etimaddan sui-istifadə edib.

Tehran hakimiyyətinə yarınmaq istəyən bəzi qruplar Damlanın konsertindən hiddətləndiklərini bildirib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin