Gürcüstanda qırıcı təyyarə qəzaya düşdü - Ölən var

15:30 - 2 İyul 2024

Gürcüstanda qırıcı təyyarə qəzaya düşdü - Ölən var

Gürcüstanın Bolnisi şəhərində hərbi helikopter qəzaya uğrayıb.


Manset.az xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

Hadisənin Disveli kəndində qeydə alındığı bildirilir. 

 


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin