10-dan çox insanın yaralandığı eskalator qəzasının görüntüləri yayıldı

15:04 - 2 İyul 2024

10-dan çox insanın yaralandığı eskalator qəzasının görüntüləri yayıldı

Türkiyənin İzmir şəhərində metronun eskalatorunda 11 nəfərin yaralandığı qəzanın görüntüləri yayılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, videoda yuxarı doğru hərəkət edən eskalator anidən əks istiqamətdə hərəkətə başlayıb. Nəticəsində eskalatordan istifadə edən insanlar müvazinətini itirərək yıxılıblar.

Qeyd edək ki, hadisə Konak rayonunda metronun Üçyol stansiyasında dünən baş verib.

Qəza zamanı yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar və tibbi müdaxilələrdən sonra evlərinə buraxılıblar.

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin