Ronaldu göz yaşlarına hakim ola bilmədi - VİDEO

14:29 - 2 İyul 2024

Ronaldu göz yaşlarına hakim ola bilmədi - VİDEO

Futbol üzrə Avropa çempionatının (Avro-2024) son 16 turunda Sloveniyaya 3:0 hesabı ilə qalib gələn və 1/4 finala yüksələn Portuqaliyada penaltilər seriyasından yararlana bilməyən Kriştianu Ronaldo göz yaşlarına boğulub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qarşılaşmaya ilk 11-də başlayan Ronaldo tez-tez Atletiko Madriddən sloveniyalı qapıçı Yan Oblakla qarşılaşıb.

Karyerasında ilk dəfə Avropa Çempionatının qrup matçlarını qolsuz keçən Ronaldo Sloveniya matçında çox istəkli görünsə də, Oblakı keçə bilməyib.

Portuqaliya 103-cü dəqiqədə Dioqo Jotanın cərimə meydançasında yerə yıxılması ilə penaltini qazanıb, Ronaldonun penalti zərbəsini isə qapıçı Yan Oblak dəf edib.

Portuqaliyanı önə çıxarmaq fürsətini əldən verən Ronaldo ilk əlavə hissə bitən kimi göz yaşlarına boğulub.

Ronaldo qaçırdığı penaltidən çox üzülüb və ağlayarkən komanda yoldaşları ona təsəlli verməyə çalışıblar. 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

4 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin